Muxtəsər təfsir
وَإِن طَآئِفَتَانِ مِنَ ٱلْمُؤْمِنِينَ ٱقْتَتَلُوا۟ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا ۖ فَإِنۢ بَغَتْ إِحْدَىٰهُمَا عَلَى ٱلْأُخْرَىٰ فَقَـٰتِلُوا۟ ٱلَّتِى تَبْغِى حَتَّىٰ تَفِىٓءَ إِلَىٰٓ أَمْرِ ٱللَّهِ ۚ فَإِن فَآءَتْ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا بِٱلْعَدْلِ وَأَقْسِطُوٓا۟ ۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٩﴾
Ey möminlər! Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, siz, onların hər ikisini ixtilafa düşdükləri məsələdə Allahın şəriəti ilə hökm verməyə dəvət etməklə onları barışdırın. Əgər onlardan biri sülhə gəlməkdən imtina edib təcavüzünə davam etsə, təcavüzkar dəstə ilə, Allahın hökmünü yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o, Allahın hökmünə qayıtsa, hər iki dəstəni ədalət və insafla barışdırın və onların arasında hökm verdikdə ədalətli olun. Şübhəsiz ki, Allah özlərinin verdiyi hökmdə ədalətli olanları sevər.