×

الحجرات

Ayə 5

Muxtəsər təfsir

وَلَوْ أَنَّهُمْ صَبَرُوا۟ حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَّهُمْ ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ ﴿٥﴾

Ey Peyğəmbər! Əgər səni zövcələrinin hücrələri arxasından səsləyən kimsələr, sən onların qarşılarına çı­xanadək səbir edib səni səsləməsəydilər və (sən bayıra çıxdıqda) səninlə asta səslə danışsaydılar, əl­bət­tə, bu, onlar üçün səni hücrə arxasından səsləməkdən daha xeyirli olardı. Çünki bu, ona ehtiram göstərmə və onu uca tutmaqdır. Allah həm onlardan, həm də qeyrilərindən tövbə edən kimsələri bağış­layır, onların cahilliyini əfv edir və onlara rəhm edir.