Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَـٰكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَـٰكُمْ شُعُوبًا وَقَبَآئِلَ لِتَعَارَفُوٓا۟ ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَىٰكُمْ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌ ﴿١٣﴾
Ey insanlar! Biz sizi bir kişidən - atanız Adəmdən və bir qadından - ananız Həvvadan yaratdıq. Demək, sizin nəsəbiniz eynidir. Elə isə nəsəb baxımından biriniz öz nəsəbi ilə digərinin yanında öyünməsin. Bundan sonra bir-biriniz yanında fəxr etmək üçün yox, bir-birinizi tanıyasınız deyə, sizi çoxlu xalqlara və qəbilələrə ayırdıq. Əslində, üstünlük yalnız təqva ilə ölçülür. Odur ki, Allah buyurur: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah sizin hər bir halınızı bilir, həmçinin, sizin kamil və ya naqis olduğunuzdan da xəbərdardır. Bundan heç bir şey Ona gizli qalmaz.