×

الفتح

Ayə 6

Muxtəsər təfsir

وَيُعَذِّبَ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوْءِ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۖ وَغَضِبَ ٱللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا ﴿٦﴾

Bütün bunlar, Allah Öz dininə kömək etməyəcəyinə və Öz kəlməsini ucaltmayacağına dair pis zənndə olan müna­fiq kişi və müna­fiq qadınlara, Allaha şərik qoşan kişi və şərik qoşan qa­dın­la­ra əzab verməsi üçündür. Əzab onları bürüdü və öz küfrlərinə və pis zənlərinə görə Allahın onlara qəzəbi tutdu. Allah on­ları Öz rəhmətindən qovdu və axirətdə onlar üçün içində əbədi qalacaqları Cəhən­nəm hazırlamışdır. Cəhənnəm nə pis dönüş yeri­dir.