×

الفتح

Ayə 29

Muxtəsər təfsir

مُّحَمَّدٌ رَّسُولُ ٱللَّهِ ۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلْكُفَّارِ رُحَمَآءُ بَيْنَهُمْ ۖ تَرَىٰهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًا ۖ سِيمَاهُمْ فِى وُجُوهِهِم مِّنْ أَثَرِ ٱلسُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِى ٱلتَّوْرَىٰةِ ۚ وَمَثَلُهُمْ فِى ٱلْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسْتَغْلَظَ فَٱسْتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعْجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلْكُفَّارَ ۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًۢا ﴿٢٩﴾

Muhəmməd Allahın rəsuludur. Onunla birlikdə olan səhabələri İslamın əleyhinə vuruşan kafir­lə­rə qarşı sərt, öz arala­rın­da isə mərhəmətlidirlər - bir-birilərinə rəhm edir və bir-birilərinə məhəbbət bəsləyirlər. Ey müşahidən edən kəs! Sən onları pak və müqəddəs Allahın qarşısında rüku edən və səc­dəyə qa­pa­nan, Allahdan özlərinə məğfirət və gözəl mükafat istəyən, üstəlik, Allahın onlardan razılıq qalmasını diləyən gö­rər­sən. Səcdə etdiklərindən dolayı üzlərində əmələ gəlmiş əlamətləri isə üzlərində görünən hidayət, doğruluq və bir də namazın nurudur. Bu vəsf onların Tövratda - Musaya (aleyhissəlam) nazil olmuş kitabda olan vəs­fidir. İncildə - İsaya (aleyhissəlam) nazil olmuş kitabda isə onlar bir-birinə dəstək verməkdə və kamil əxlaq sahib olmaqda elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cü­cərtisini üzə çı­xarıb onu qüvvətləndirmiş, o da get­dik­cə qa­lın­laşıb gövdəsi üstün­də şax dura­raq öz qüvvəsi və kamilliyi ilə əkinçiləri heyran et­mişdir. Allah kafirləri qəzəblən­dirmək üçün mö­minləri qüvvətləndirir, bir-birləri ilə mehriban edir və onları kamilliyə çatdırır. Allah səhabələrdən iman gə­tirib yaxşı iş­lər gö­rən­lərə günahlarının ba­­ğışlanmasını, buna görə cəzalandırılmayacaqlarını, üstəlik də, Öz tərəfindən böyük bir mü­kafat - Cənnət vəd etmiş­dir.