×

الفتح

Ayə 16

Muxtəsər təfsir

قُل لِّلْمُخَلَّفِينَ مِنَ ٱلْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُو۟لِى بَأْسٍ شَدِيدٍ تُقَـٰتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ ۖ فَإِن تُطِيعُوا۟ يُؤْتِكُمُ ٱللَّهُ أَجْرًا حَسَنًا ۖ وَإِن تَتَوَلَّوْا۟ كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا ﴿١٦﴾

Ey Peyğəmbər! Səninlə birlikdə Məkkəyə getməkdən yayınan, beləliklə də, sınağa çəkilən bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı döyüşməyə ça­ğırılacaqsı­nız. Siz ya Allah yolunda onlarla vuruşacaq, ya da on­lar vuruşmadan İslamı qəbul edəcəklər. Əgər siz Allaha itaət edib Onun sizə buyurduğu döyüşü qəbul etsəniz, Allah si­zə gözəl bir mü­kafat - Cənnət bəxş edər. Yox, əgər daha öncə Peyğəmbərlə birlikdə Məkkəyə getməkdən üz çevirdiyiniz kimi Allaha itaət etməkdən üz çevirsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.