Muxtəsər təfsir
وَلَوْ نَشَآءُ لَأَرَيْنَـٰكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَـٰهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِى لَحْنِ ٱلْقَوْلِ ۚ وَٱللَّهُ يَعْلَمُ أَعْمَـٰلَكُمْ ﴿٣٠﴾
Ey Peyğəmbər! Əgər Biz sənin münafiqləri tanımağını istəsəydik, onları sənə tanıdardıq, sən də onları üzlərindəki əlamətlərindən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir, bu əməllərdən heç bir şey Ona gizli qalmaz və O, onların əvəzini sizə verəcəkdir.