×

محمد

Ayə 26

Muxtəsər təfsir

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لِلَّذِينَ كَرِهُوا۟ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ ۖ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ ﴿٢٦﴾

Onların zəlalətə düşməsi, onlar Allahın Öz rəsuluna nazil etdiyi vəhyə nifrət edən­ müşriklə­rə gizlində: “Biz bəzi işlərdə - möminləri döyüşdən yayındırmaq kimi işlərdə sizə itaət edəcəyik” - dediklərinə görə idi. Allah onların saxladıqları sirri və gizlətdiklərini bilir. Heç bir şey Ona gizli qalmaz. Allah bu xəbərlərdən istədiyini Öz Rəsuluna -səllallahu aleyhi və səlləm- bildirər.