×

محمد

Ayə 24

Muxtəsər təfsir

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَآ ﴿٢٤﴾

Məgər haqdan üz çevirən o kimsələr Quranı oxuyub içindəkilər haqqında dü­şünmürlərmi?! Əgər onlar Quranı oxuyub-araşdırsaydılar, Quran, onları hər bir xeyirə yönəldər və hər bir şərdən uzaq edərdi. Yoxsa onları qəlbinə elə möhkəm qıfıl vurulmuşdur ki, buna görə onların qəlbinə nə öyüd-nəsihət təsir edər, nə də Mənim zikrim onlara fayda verər?!