Muxtəsər təfsir
فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً ۖ فَقَدْ جَآءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَىٰهُمْ ﴿١٨﴾
Yoxsa kafirlər qiyamət saatının nə zaman gələcəyini bilmədikləri halda onun qəfil onları yaxalamasından başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir. O əlamətlərdən biri də, Muhəmmədin (səlallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə bölünməsidir. O Saat onları yaxaladığı vaxt ibrət almaları onlara nə fayda verər?!