Muxtəsər təfsir
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُوا۟ مِنْ عِندِكَ قَالُوا۟ لِلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ﴿١٦﴾
Ey Peyğəmbər! Münafiqlər arasında sənin dediklərini qəbul etmədiyi halda sənə qulaq asanlar da vardır. Nəhayət, onlar sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə cahilcəsinə və etiraz edərək deyərlər: “O, bayaq nə danışırdı?!” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş və belə qəlbə xeyir yetişməz, özləri də nəfslərinə uymuş və elə buna görə də onlar haqqı görməzlər.