Muxtəsər təfsir
أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَـٰفِرِينَ أَمْثَـٰلُهَا ﴿١٠﴾
Məgər haqqı yalan sayan o kimsələr yer üzündə gəzib dolaşıb özlərindən əvvəlki yalan sayanların aqibətinin necə olduğunu görmürlərmi?! Onların axırı çox acnacaqlı olmuşdur. Allah onların yurdlarını yerlə yeksan etmiş, üstəlik, onların həm özlərini, həm övladlarını, həm də mal-dövlətlərini məhv etmişdir. Kafirləri hər zaman və hər yerdə buna bənzər aqibət gözləyir.