Muxtəsər təfsir
فَٱصْبِرْ كَمَا صَبَرَ أُو۟لُوا۟ ٱلْعَزْمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةً مِّن نَّهَارٍۭ ۚ بَلَـٰغٌ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلْفَـٰسِقُونَ ﴿٣٥﴾
Ey Peyğəmbər! Elçilərdən möhkəm iradə sahiblərinin - Nuh, İbrahim, Musa və İsanın (aleyhimussəlam) səbir etdiyi kimi, sən də, qövmünün səni yalançı saymasına səbir et! Sən onlara əzabın tez gəlməsini istəmə. Sənin qövmün arasındakı haqqı yalan sayanlar özlərinə vəd edilmiş əzabı axirətdə görəcəkləri gün, əzablarının uzun müddət davam etdiyindən dolayı, dünyada gündüzün bircə saatı qədər qaldıqlarını güman edəcəklər. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran insanlar və cinlər üçün bir təbliğdir və bu onları xəbərdar etmək üçün kifayət edər. Şübhəsiz ki, küfr və asilik etməklə Allahın itaətindən çıxmış kimsələrdən başqası əzabla həlak edilməz.