Muxtəsər təfsir
أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَلَمْ يَعْىَ بِخَلْقِهِنَّ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ ۚ بَلَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٣٣﴾
Məgər dirilməni yalan sayan o müşriklər, göyləri və yeri yaradan, onların böyüklüyünə və genişliyinə rəğmən onları yaratmaqda aciz qalmayan Allah, ölüləri də, haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün diriltməyə qadir olduğunu görmürlərmi?! Əlbəttə ki, O, onları diriltməyə qadirdir. Pak və müqəddəs Allah hər şeyə qadirdir. Odur ki, O, ölüləri dirltməkdə aciz qalmaz.