Muxtəsər təfsir
وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓا۟ أَنصِتُوا۟ ۖ فَلَمَّا قُضِىَ وَلَّوْا۟ إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ ﴿٢٩﴾
Ey Peyğəmbər! Xatırla ki, bir zaman bir dəstə cini sənə nazil edilən Quranı dinləmək üçün sənin yanına göndərdik. Onlar onu dinləməyə gəldikdə bir-birinə: “Sakit durun ki, qulaq asaq!” – dedilər. Rəsulullah (səllallahu aleyhi və səlləm) oxuduğu ayələri bitirdikdən sonra onlar öz qövmlərinin yanına qayıtdılar ki, bu Qurana iman gətirməyənlərin (əzaba düçar olacaqları barədə) onları xəbərdar etsinlər.