Muxtəsər təfsir
وَلَقَدْ مَكَّنَّـٰهُمْ فِيمَآ إِن مَّكَّنَّـٰكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَـٰرًا وَأَفْـِٔدَةً فَمَآ أَغْنَىٰ عَنْهُمْ سَمْعُهُمْ وَلَآ أَبْصَـٰرُهُمْ وَلَآ أَفْـِٔدَتُهُم مِّن شَىْءٍ إِذْ كَانُوا۟ يَجْحَدُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٢٦﴾
Biz sizə vermədiyimiz imkanları - möhkəm evlər tikmək imkanlarını Hud qövmünə vermişdik. Onlara eşidən qulaqlar, görən gözlər və duyan qəlblər də vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara bir fayda verdi. Allahın əzabı gəldizi zaman bütün bunlar o əzabı onlardan dəf edə bilmədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onlara peyğəmbərləri Hudun (aleyhissəlam) xəbər verdiyi, istehza etdikləri əzab nazil oldu.