Muxtəsər təfsir
قَالَ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرْسِلْتُ بِهِۦ وَلَـٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًا تَجْهَلُونَ ﴿٢٣﴾
Hud dedi: “Əzabın nə zaman gələcəyi barədə bilgi ancaq Allaha məlumdur. Mənim bu haqda heç bir bilgim yoxdur. Mən sadəcə sizə göndərilənləri təbliğ edən bir elçiyəm. Lakin mən sizin özünüzə fayda verəni tərk edib zərər verəni götürməklə cahillik etdiyinizi görürəm”.