Muxtəsər təfsir
وَٱذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُۥ بِٱلْأَحْقَافِ وَقَدْ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦٓ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴿٢١﴾
Ey Peyğəmbər! Ad qövmünə mənsub olan qardaşları Hudu xatırla! Bir zaman o, ərəb yarımadasının cənubunda yerləşən qumsal təpələrdəki evlərində yaşayan qövmünü, özündən əvvəl və sonra gəlib (öz ümmətlərini) qorxudan peyğəmbərlər kimi, Allahın əzabı ilə qorxudub demişdir: "Yalnız Allaha ibadət edin və Onunla yanaşı başqa tanrıya ibadət etməyin! Ey qövmüm! Mən sizə üz verəcək əzəmətli günün - Qiyamət gününün əzabından qorxuram!"