Muxtəsər təfsir
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ لَوْ كَانَ خَيْرًا مَّا سَبَقُونَآ إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا۟ بِهِۦ فَسَيَقُولُونَ هَـٰذَآ إِفْكٌ قَدِيمٌ ﴿١١﴾
Qurana və peyğəmbərinin gətirdiyinə küfr edən kimsələr iman gətirənlərə dedilər: “Əgər Muhəmmədin gətirdiyi risalət xeyirə yönəldən bir haqq olsaydı, o zaman bu kasıblar, kölələr və zəiflər bu işdə bizi qabaqlaya bilməzdilər!” Onlar peyğəmbərlərinin gətirdiyi doğru yola gəlmədikləri üçün deyəcəklər ki: “Onun bizə gətirdiyi din köhnə yalandır və biz bu yalana tabe olan deyilik!”