×

الجاثية

Ayə 8

Muxtəsər təfsir

يَسْمَعُ ءَايَـٰتِ ٱللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ ﴿٨﴾

Bu kafir Allahın Qurandakı ayələrinin ona oxunduğunu eşidir, sonra guya özünə oxunan o ayələri eşitmirmiş kimi, haqqa boyun əyməyə təkəb­bür göstərərək küfr və asilik etməyinə davam edir. Ey Peyğəmbər! Ona axirətdə başına gələcək müsibət - orada onu gözləyən ağ­rı­lı-acılı bir əzab barədə xəbər ver.