Muxtəsər təfsir
وَلَهُ ٱلْكِبْرِيَآءُ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٣٧﴾
Göylərdə və yerdə böyüklük və əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir. Heç kəs Ona üstün gələ bilməz. O, yaratmaq, qədəri yazmaq, işləri idarə etmək və şəri hökmləri təyin etmək xüsusunda Hikmət sahibidir.