Muxtəsər təfsir
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ ٱلْمُبْطِلُونَ ﴿٢٧﴾
Göylərin və yerin mülkü təkcə Allaha məxsusdur. Odur ki, nə göydə, nə də yerdə Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur. Qiyamət qopacağı - Allahın ölüləri haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün dirildəcəyi gün – məhz o gün, Allahdan başqasına tapınan, haqqa batil donu, batilə də haqq donu geyindirən batil əhli ziyana uğrayacaqlar.