Muxtəsər təfsir
رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦﴾
Ey Peyğəmbər! Biz elçiləri göndərildikləri insanlara Rəbbindən mərhəmət olaraq göndəririk. Şübhəsiz ki, pak və müqəddəs Allah Öz qullarının dediklərini Eşidəndir, onların əməllərini və niyyətlərini Biləndir. Bunlardan heç bir şey Ona gizli qalmaz.