Muxtəsər təfsir
فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ ﴿٨﴾
Biz onlardan daha qüvvətli olan ümmətləri məhv etdik. Belə isə onlardan daha zəif olanları məhv etməyə də qadirik. Quranda əvvəlki ümmətlərin - Ad və Səmud tayfalarının, Lut qövmünün və Mədyən əhlinin necə həlak olduğu barədə xəbər verilmişdir.