Muxtəsər təfsir
يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَـٰلِدُونَ ﴿٧١﴾
(Cənnət əhlinin) xidmətçiləri onlar üçün qızıldan olan qulpsuz sinilər və piyalələr dolandıracaqlar. Cənnətdə nəfslərin istədiyi və gözlərin baxmaqla həzz aldığı hər şey olacaq. Siz orada qalacaq və heç vaxt oradan çıxmayacaqsınız.