×

الزخرف

Ayə 61

Muxtəsər təfsir

وَإِنَّهُۥ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ ۚ هَـٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ ﴿٦١﴾

Həqiqətən, İsanın axır zamanda yer üzü­nə nazil olması qiyaməin böyük əlamətlərindən biridir. Qi­yamətin vaqe olacağına şəkk-şübhə etmə­yin və mənim Allahdan gətirdiyimə tabe olun. Çünki gətirdiyim bu (din), heç bir əyriliyi olmayan doğru yoldur!