Muxtəsər təfsir
وَإِنَّهُۥ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ ﴿٤٤﴾
Həqiqətən, bu Quran sənin üçün və sənin qövmün üçün bir şərəfdir. Qiyamət günü siz ona iman gətirib-gətirmədiyiniz, göstərdiyi yolu gedib-getmədiyiniz və ona dəvət edib-etmədiyiniz barədə sorğu-sual ediləcəksiniz.