Muxtəsər təfsir
وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَـٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ ﴿٣٣﴾
Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək ehtimalı olmasaydı, Allaha küfr edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik.