Muxtəsər təfsir
بَلْ مَتَّعْتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌ مُّبِينٌ ﴿٢٩﴾
Mən, haqqı yalan sayan o müşrikləri dərhal həlak etməyə tələsmədim. Əksinə, onlara dünyada yaşayıb gün-güzaran görməyi nəsib etdim. Mən onlardan əvvəl onların atalarına da, Quran və onu bəyan edən Muhəmməd (səllallahu aleyhi və səlləm) gələnədək dolanışıq nəsib etdim.