Muxtəsər təfsir
فَإِنْ أَعْرَضُوا۟ فَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا ٱلْبَلَـٰغُ ۗ وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَـٰنَ كَفُورٌ ﴿٤٨﴾
Ey Peyğəmbər, əgər onlar sənin onlara əmr etdiyindən üz döndərsələr, bil ki, Biz səni onların əməllərinə nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq sənə əmr olunanı təbliğ etməkdir. Onların haqq-hesabı isə Allaha aiddir. Biz insana Öz mərhəmətimizdən - var-dövlət, sağlamlıq və başqa bu kimi nemətlərdən daddırdıqda ona sevinər. İnsanlara öz günahları üzündən xoşlamadıqları bir müsibət üz verdikdə isə, insanın xislətcə Allaha qarşı nankor olduğunu, Ona şükr etmədiyini və Allahın Öz hikməti ilə yazdığı qədərə qəzəbləndiyi görərsən.