×

الشورى

Ayə 40

Muxtəsər təfsir

وَجَزَٰٓؤُا۟ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُۥ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ ﴿٤٠﴾

Hər kim özünə edilmiş pisliyin əvəzini çıxmaq istəsə, onun əvəzini çıxa bilər. Lakin (bir şərtlə ki,) o bunu heç bir şey artırmadan və ya həddi aşmadan yerinə yetirsin. Kim də özünə pislik edən kimsəni bağışlasa, onu cəzalandırmasa və qardaşı ilə öz arasında olan münasibəti düzəltsə, onun mükafatı Alla­h yanında olar. Həqiqətən, O, insanların özlərinə, yaxud mallarına, yaxud da namusuna təcavüz edən zalımları sevməz, əksinə, onlara qəzəblənər.