Muxtəsər təfsir
وَمِنْ ءَايَـٰتِهِۦ خَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَآءُ قَدِيرٌ ﴿٢٩﴾
Allahın göyləri və yeri xəlq etməsi, habelə, onların içində qəribə məxluqlar yayması, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa və haqq-hesab çəkməyə qadirdir. Onların ilk yaradılışında Ona heç nə mane olmadığı kimi, onları bir yerə topladıqda da, Ona heç nə mane ola bilməz.