×

الشورى

Ayə 21

Muxtəsər təfsir

أَمْ لَهُمْ شُرَكَـٰٓؤُا۟ شَرَعُوا۟ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمْ يَأْذَنۢ بِهِ ٱللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ ٱلْفَصْلِ لَقُضِىَ بَيْنَهُمْ ۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿٢١﴾

Yoxsa o müşriklərin Allahın dində izin vermədiyi şeyləri - Allaha şərik qoşmağı, halalı haram etməyi və ya haramı halal etməyi, onlar üçün şə­riət qa­nunu edən, Allahdan başqa tanrıları var?! Əgər Allahın ixtilafa düşənlər arasında hökm vermək üçün müəyyən etdiyi vaxt, barələrindəki hökmü o vaxta qədər təxirə salmış olmasaydı, ara­la­rındakı iş bitmiş olardı. Həqi­qətən, Allaha şərik qoşma və asiliklərə yol verməklə özlərinə zülm edən kimsələri qiyamət günü ağ­rı­lı-acılı bir əzab gözləyir.