×

الشورى

Ayə 16

Muxtəsər təfsir

وَٱلَّذِينَ يُحَآجُّونَ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ٱسْتُجِيبَ لَهُۥ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ ﴿١٦﴾

İnsanlar Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş İslam dinini qəbul etdikdən sonra, bu din barəsində batil dəlillərlə mübahisəyə gi­rişənlərin gətirdiyi dəlillər Rəbbinin və möminlərin yanında, heç bir istinadı olmayan boş və dəyərsiz bir şeydir. Onlar küfr etdiklərinə və haqqı inkar etdiklərinə görə Allahın qəzəbinə gəlmişlər. Qiyamət günü isə onları şiddətli bir əzab göz­ləyir.