×

الشورى

Ayə 12

Muxtəsər təfsir

لَهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿١٢﴾

Göylərin və yerin xəzinələrinin açar­ları təkcə Ona məxsusdur. O, Öz qullarından istədi­yinin ruzisini bol etməklə onu imtahana çəkər, görsün, o, şükür eədəcək, yoxsa nankor olacaq? İstədi­yininkini də azaltmaqla onu müsibətə düçar edər, görsün, o, səbir edəcək, yoxsa Allahın qədərinə qəzəblənəcək? Allah hər şeyi bilir. Qullarına məsləhət olan şeylərdən heç biri Ondan gizli qalmaz.