×

فصلت

Ayə 53

Muxtəsər təfsir

سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْـَٔافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ ﴿٥٣﴾

Biz öz dəlillərimizi Qureyş kafirlərinə həm yer üzündə - (məsələn,) müsəlmanlara fəthlər bəxş etməklə, həm də onların özlə­rində - yəni Məkkəni fəth etməklə müt­ləq gös­tə­rəcəyik ki, axırda Quranın haqq olduğu və içində heç bir şübhə olmadığı üzə çıxıb onların şəkkini aradan qaldırsın. Məgər o müşriklərə Quranın haqq olduğuna və Allah tərəfindən nazil edilməsinə dair Allahın şahidliyi ki­fayət de­yilmi?! Əgər onlar haqqı istəsəydilər, Rəbbinin şahidliyi ilə kifayətlənərdilər.