×

فصلت

Ayə 33

Muxtəsər təfsir

وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَـٰلِحًا وَقَالَ إِنَّنِى مِنَ ٱلْمُسْلِمِينَ ﴿٣٣﴾

İnsanları Allahın vəhdaniyyətinə və Onun şəriətinə əməl etməyə ça­ğıran, Rəbbinin razı salacaq yaxşı iş görən və: “Mən Allaha təslim olanlarda­n, Onun əmrinə boyun əyənlərdənəm!” – deyən kəsdən daha gö­zəl söz söyləyən bir kimsə yoxdur. Bütün bunları edən kimsə - məhz beləsi insanlar arasında ən gözəl söz söyləyən kimsədir.