Muxtəsər təfsir
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ رَبَّنَآ أَرِنَا ٱلَّذَيْنِ أَضَلَّانَا مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ ٱلْأَسْفَلِينَ ﴿٢٩﴾
Allaha küfr edən və Onun elçilərini yalançı sayan kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları - küfrün əsasını qoymuş və ona dəvət etmiş İblisi, habelə, yer üzündə ilk dəfə qan tökmüş Adəm oğlunu bizə göstər, biz onları Cəhənnəm odunda ayaqlarımızın altına salaq ki, onlar Cəhənnəm əhlinin ən şiddətli əzaba düçar olan alçalmış kimsələrdən olsunlar”.