×

فصلت

Ayə 15

Muxtəsər təfsir

فَأَمَّا عَادٌ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَقَالُوا۟ مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا۟ بِـَٔايَـٰتِنَا يَجْحَدُونَ ﴿١٥﴾

Hud peyğəmbərin qövmü Ada gəlincə, onlar Allaha küfr etməklə yanaşı yer üzündə haqsızcasına təkəbbür göstərib özlərinin ətrafındakılara zülm etdilər və öz qüvvələrinə aldanıb dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Onların iddiasına görə onlardan güvvətlisi yox idi. Allah onlara cavab verərək belə buyurdu: "Məgər onlar bilmirdilər və görmürdülər ki, onları yaradan və onlara bu qədər güvvət verən Allah onlardan daha qüvvətlidir?! Onlar Hudun (aleyhissəlam) gətirdiyi ayələri - Allahın ayələrini inkar edirdilər.