Muxtəsər təfsir
فَقَضَىٰهُنَّ سَبْعَ سَمَـٰوَاتٍ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿١٢﴾
Allah göylərin yaradılışını iki gündə - cümə axşamı və cümə günü tamamladı. Bununla da, göylərin və yerin yaradılışı altı gündə tamamlandı. Sonra Allah hər bir göyə nə həvalə etdiyini, üstəlik, itaət və ibadət aid olan buyuruqlarını ona vəhy edib bildirdi. Biz dünya səmasını ulduzlarla bəzədik və onu şeytanların xəlvətcə qulaq asmasından qoruduq. Bu zikr edilənlərin hamısı, hər kəsə gücü yetən - Qüdrətli, hər şeyi Bilən Allahın əzəli hökmüdür.