Muxtəsər təfsir
ٱلَّذِينَ يَحْمِلُونَ ٱلْعَرْشَ وَمَنْ حَوْلَهُۥ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِۦ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَا وَسِعْتَ كُلَّ شَىْءٍ رَّحْمَةً وَعِلْمًا فَٱغْفِرْ لِلَّذِينَ تَابُوا۟ وَٱتَّبَعُوا۟ سَبِيلَكَ وَقِهِمْ عَذَابَ ٱلْجَحِيمِ ﴿٧﴾
Ey Peyğəmbər, sənin Rəbbinin ərşini daşıyan mələklər və onun ətrafındakılar öz Rəbbini bütün nöqsanlardan uzaq tutaraq tərif edir, Ona iman gətirir və Allaha iman gətirənlər üçün bağışlanma diləyib belə dua edirlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Günahlarından tövbə edib Sənin dininə tabe olanları bağışla və onları Cəhənnəm odundan qoru!