Muxtəsər təfsir
يَوْمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ ﴿٥٢﴾
O gün, (dünyada) küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə zülmlərinə görə üzr diləmələri heç bir fayda verməyəcək. Həmin gün onları həm Allahın rəhmətindən qovulmaq, həm də ağrılı-acılı əzaba düçar olacaqları pis yurd gözləyir.