Muxtəsər təfsir
تَدْعُونَنِى لِأَكْفُرَ بِٱللَّهِ وَأُشْرِكَ بِهِۦ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌ وَأَنَا۠ أَدْعُوكُمْ إِلَى ٱلْعَزِيزِ ٱلْغَفَّـٰرِ ﴿٤٢﴾
Siz məni öz batil əqidənizə dəvət edirsiniz ki, Allahı inkar edim və Onunla yanaşı haqqında heç bir doğru məlumatım olmayan bir tanrıya ibadət edim, mən isə sizi heç kimsənin qalib gələ bilməyəcəyi qüdrətli və qullarını çox bağışlayan Allaha iman gətirməyə çağırıram.