×

غافر

Ayə 28

Muxtəsər təfsir

وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ مِّنْ ءَالِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَـٰنَهُۥٓ أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّىَ ٱللَّهُ وَقَدْ جَآءَكُم بِٱلْبَيِّنَـٰتِ مِن رَّبِّكُمْ ۖ وَإِن يَكُ كَـٰذِبًا فَعَلَيْهِ كَذِبُهُۥ ۖ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ ٱلَّذِى يَعِدُكُمْ ۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ ﴿٢٨﴾

Firon ailəsindən olub Allaha iman gətirmiş və ima­nını öz qövmündən giz­lədən bir kişi, onların Musanı qətlə yetirmək istəklərinə etirazını bildirib dedi: “Məgər siz cinayət etməyən bir insanı sadəcə: “Rəbbim Allahdır!” – dediyinə görə öl­dü­rə­cək­si­niz­?! Hal­buki o, sizə, Rəb­binin onu elçi göndərməsi barədə olan iddiasının dorğuluğuna dəlalət edən dəlil-sübutlar gətirmişdir. Əgər o, yalan danı­şır­sa, onun yalanının zərəri öz əley­hi­nə olacaq. Yox, əgər doğru da­nı­şırsa, onda onun sizə vəd etdiyi əzabın bir qismi tezliklə sizi yaxalayacaq. Hə­qi­qətən, Allah, Onun hüdudlarını aşanı, həmçinin, Allaha və Onun rəsuluna iftira yaxanı haqq yola yönəltməz.