Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا ضَرَبْتُمْ فِى سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُوا۟ وَلَا تَقُولُوا۟ لِمَنْ أَلْقَىٰٓ إِلَيْكُمُ ٱلسَّلَـٰمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٌ ۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ ٱللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا ﴿٩٤﴾
Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allah yolunda cihad etmək üçün çıxdığınız zaman kimə qarşı döyüşəcəyinizi diqqət edin və sizə özünün İslamda olduğuna dəlalət edən əlamət göstərdiyi bir halda, onu öldürüb və bununla ondan qənimət əldə etmək kimi, fani dünya mənfəətinə can ataraq: "Sən mömin deyilsən, sən yalnız canına və malına görə qorxaraq özünü İslamda olduğunu göstərirsən!"– deməyin. Allah yanında çox qənimətlər vardır, bu, ondan daha xeyirli və daha böyükdür. Əvvəllər siz də öz qövmündən imanını gizlədən kimsə kimi idiniz, Allah sizə İslam dini ilə mərhəmət göstərdi və qanınızı qorudu. Odur ki, kimə qarşı vuruşacağınıza diqqət edin! Şübhəsiz ki, etdiyiniz əməllərdən, hətta kiçik bir şey də olsa belə, Allaha heç nə gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.