×

النساء

Ayə 79

Muxtəsər təfsir

مَّآ أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ ٱللَّهِ ۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ ۚ وَأَرْسَلْنَـٰكَ لِلنَّاسِ رَسُولًا ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا ﴿٧٩﴾

Ey adəm övladı! Sənə gələn övlad və ya ruzi kimi xoşladığın bir yaxşılıq Allah­­­dan­dır və bu, Allahın sənə olan lütfü sayəsinədir. Sənə övladında və ya ruzində xoşlamadığın üz vermiş bə­la isə etdiyin günahlar səbəbindən sənin özün­dəndir. Ey Peyğəmbər! Biz sə­ni, Rəbbinin risaləsini Allahdan in­san­lara çatdırmaq üçün bütün bəşəriyyətə elçi gön­dərdik. Allahın sənə verdiyi dəlillərlə, Allahdan insanlara çatdırdığının doğru olduğuna şa­hid ola­raq Allah yetər.