×

النساء

Ayə 77

Muxtəsər təfsir

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمْ كُفُّوٓا۟ أَيْدِيَكُمْ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ إِذَا فَرِيقٌ مِّنْهُمْ يَخْشَوْنَ ٱلنَّاسَ كَخَشْيَةِ ٱللَّهِ أَوْ أَشَدَّ خَشْيَةً ۚ وَقَالُوا۟ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا ٱلْقِتَالَ لَوْلَآ أَخَّرْتَنَآ إِلَىٰٓ أَجَلٍ قَرِيبٍ ۗ قُلْ مَتَـٰعُ ٱلدُّنْيَا قَلِيلٌ وَٱلْـَٔاخِرَةُ خَيْرٌ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا ﴿٧٧﴾

Ey Peyğəmbər! Məgər sən, özlərinə cihadın fərz edilməsini istəyən bəzi əshabını gör­mədinmi? Onlara: "Mü­haribə­dən əl çəkin, namaz qılın və zə­kat ve­rin - bu, cihad fərz edilməzdən əvvəl idi"– deyilmişdi. Elə ki, Mədinəyə hicrət etdilər, İslam qüvvətləndi və on­lara döyüşmək fərz buyrulduqda, bu onlardan bəzilərinə ağır gəldi və onlar Allahdan qorx­duq­la­rı ki­mi, hətta daha artıq qorxu ilə in­­san­lardan qorx­dular və: "Ey Rəbbi­miz! Nə üçün döyüşməyi bizə fərz buyurdun? Nə olardı ki, dünyadan ləzzət almaq üçün bi­zə yaxın vax­ta­dək möh­lət verəy­din!"– dedi­lər. Ey Peyğəmbər! De: "Dün­yanın ləz­zəti nə qədər çox olsada az­ və müvəqqətidir, Uca Allahdan qorxanlar üçün, nemətləri daimi olduğuna görə axi­rət daha xeyirlidir. Sizin xur­ma çər­də­yin­dəki lif qədər belə saleh əməllərinizdən heç bir azaldılmaz".