×

النساء

Ayə 74

Muxtəsər təfsir

فَلْيُقَـٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشْرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْـَٔاخِرَةِ ۚ وَمَن يُقَـٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا ﴿٧٤﴾

Qoy dünya həyatınıdan üz çevirib axirəti istəyərək satın alan sadiq möminlər Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşsunlar. Kim Allah yolunda, Allahın kəlməsini ucaltmaq üçün vuruşub şəhid olaraq öldürülərsə və ya düşmənlə qarşı-qarşıya gəlib düşmən üzərində qələbə çalarsa, Allah ona böyük bir mükafat verər bu mükafat isə cənnət və Allahın razılığıdır.