Muxtəsər təfsir
وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُو۟لَـٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَ ۚ وَحَسُنَ أُو۟لَـٰٓئِكَ رَفِيقًا ﴿٦٩﴾
Allaha və Peyğəmbərə - səllallahu aleyhi və səlləm - itaət edən kəs Allahın cənnətə daxil olma nemətini bəxş etdiyi peyğəmbərlər, peyğəmbərlərin gətirdikləri təsdiqləməkdə və bu təsdiqə əməl etməkdə kamil həddə çatmış siddiqlər, Allah yolunda öldürülən şəhidlər və zahirən və batinən saleh olub saleh işlər görən əməlisalehlərlə birlikdə olar. Onlar cənnətdə necə də gözəl dostlardır!