Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَـٰزَعْتُمْ فِى شَىْءٍ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا ﴿٥٩﴾
Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allaha itaət edin, Peyğəmbərə - səllallahu aleyhi və səlləm -, əmr etdiklərini yerinə yetirərək və qadağalardan çəkinərək itaət edin və özünüzdən olan rəhbərlərə də Allaha asi olan işləri sizə əmr etmədikcə itaət edin. Əgər bir şey haqqında ixtilaf etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allahın kitabına və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə qaytarın. Çünki, Kitab və sünnəyə qayıtmaq, ixtilaf etməkdən və ağıla əsaslanaraq danışmaqdansa daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.